İsrail Suriyanın hərbi obyektlərini bombardman etdi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənub əyalətlərində, o cümlədən Dəməşqin cənubunda hərbi obyektlərə hava zərbələri endirib və zərbələrin hədəfi qərargahlar və silah anbarları olub.
“Suriyanın cənubunda hərbi resursların və qüvvələrin olması İsrail vətəndaşları üçün təhlükə yaradır ", - deyə İsrail ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
İsrailin müdafiə naziri İsrael Katz sözügedən zərbələri şərh edərkən deyib: “ Biz Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə imkan verməyəcəyik – Suriya rejimi qüvvələrinin və ölkənin terror təşkilatlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasında (bufer zonada) möhkəmlənmək cəhdi atəşlə qarşılanacaq”.
Həmçinin Suriyanın cənubunda druzlar ölkə hökumətindən muxtariyyət tələb edərək öz ordusunu yaradıblar.
Fidan Xəlilova
11:16 26.02.2025
Oxunuş sayı: 994