Azərbaycan Hərbi Hava Qüvvələri – Səmanın Qəhrəmanları

Azərbaycanın Hərbi Hava Qüvvələri (HHQ) – Vətənimizin hava sərhədlərinin keşiyində dayanan qürur mənbəyimizdir! Onlar yüksək peşəkarlıq, cəsarət və dəqiqliklə, ölkəmizin hava məkanının toxunulmazlığını təmin edirlər. Xüsusilə, 44 günlük Vətən müharibəsində HHQ-nin pilotsuz uçuş aparatları və döyüş aviasiyasının düşmənə ağır zərbələr endirməsi Qələbəmizə mühüm töhfə verdi.
Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) yaranma tarixi 1919-cu il Azərbaycan Xalq Cümhuriyyətindən başlayır. 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk hərbi aviasiya dəstəsi yaradılıb. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bu proses dayandırıldı.
Müstəqilliyimizin bərpasından sonra, 1992-ci il 14 fevralda, Azərbaycan Ordusunun tərkibində yenidən Hərbi Hava Qüvvələri formalaşdırıldı. Bu tarix HHQ-nin rəsmi yaranma günü kimi qeyd olunur. Azərbaycan HHQ-si hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, helikopterlər və digər aviasiya vasitələri ilə ölkənin hava məkanını qorumağa davam edir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi güclü ordu quruculuğu sayəsində bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri regionun ən güclü hava qüvvələrindən birinə çevrilib. Xüsusilə müasir aviasiya texnologiyalarının tətbiqi və peşəkar hərbi pilotların hazırlanması istiqamətində görülən işlər HHQ-nin qüdrətini daha da artırır.
Hərbi Hava Qüvvələrimiz Vətən müharibəsində göstərdiyi şücaətlə sübut etdi ki, Azərbaycanın səmaları etibarlı əllərdədir!
Ayhan Ağarzayev
16:01 14.02.2025
Oxunuş sayı: 4686