USAİD və Azərbaycan münasibətləri bərpa ola bilərmi?
![](https://crossmedia.az/storage/news/2025_02_05/mdt8qdqlwlhpdfxs8jbj_1738763768.jpg)
ABŞ prezidenti Donald Trampın qərəzli açıqlamaları davam edir. Ona görə qərəzlidir ki, verdiyi qərarla fəaliyyəti üst üstə düşmür. Məsələn USAİD təşkilatının fəaliyyəti ABŞ administrasiyanın qərarı ilə fevralın 3-də dayandırıldı. Lakin sonra Tramp təşkilatın ümumi fəaliyyətinin yaxşı olduğunu və problemin rəhbərlikdə olduğunu bildirərək dövlət katibi Marko Rubionu müvəqqəti olaraq USAİD-ə rəhbər təyin etdi. USAİD-in bundan sonra fəaliyyət göstərib göstərməyəcəyi, strategiyasında hansı dəyişikliyin ediləcəyi və ən əsasıda Azərbaycan və USAİD arasında əməkdaşlığın bərpa olunub olunmayacağı maraq doğurur.
Mövzu ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov Crossmedia.az-a açıqlama verib:
“USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı XİN rəsmi məlumat yaymışdı. Təşkilatın fəaliyyəti birgə imzalanmış sazişlə dayandırılıb. Eyni zamanda vurğulandı ki, bu təşkilatın fəaliyyəti heç də şəffaf olmayıb. Təbii ki, bu təşkilatın tək Azərbaycanda yox, dünyanın digər ölkələrində də fəaliyyətinin ABŞ-nin ürəyincə olmaması ilə bağlı prezidentin Trampın çıxışları var. Bu baxımdan həm ABŞ-nin, həm də Azərbaycanın təşkilatla bağlı maraqları üst-üstə düşür. İkinci bir tərəfdən onu demək olar ki, bu təşkilatım fəaliyyəti ilə bağlı görüləcək işlər rəhbərliyin deyişdirilməsindən əlavə təşkilatın fəaliyyət göstərdiyi ölkələrdə gördüyü işlərlə götürdüyü öhdəliklərlə bağlı olacaq. İndiyə qədər bu təşkilatın gördüyü işlərin demək olar ki, məzmunu ürəkaçan səpkidə olmamışdır”.
Hüseyn İbrahimov USAİD rəhbərliyinin dəyişməsinin kifayət etmədiyini bildirib:
“Amma bundan sonra həmin təşkilatda rəhbərliyin dəyişməsi və gələcəkdə onun digər ölkələrdə fəaliyyətinin necə olacağı ABŞ-nin strateji planları ilə uzlaşacaq. Çünki bu təşkilat hər zaman ABŞ-nin strateji maraqlarını təmsil edib. Hesab edirəm ki, USAID-in rəhbərliyinin dəyişdirilməsindən əlavə, onun gələcək fəaliyyəti bilavasitə fəaliyyət göstərdiyi ölkələrin maraqları ilə üst-üstə düşməsindən asılı olacaq. Digər vacib məqam isə rəhbər dəyişikliyindən sonra bu təşkilatın əməkdaşlıq çərçivəsində hansı addımları atacağıdır. ABŞ bu təşkilatın gələcək istiqamətini müəyyən yol xəritəsi ilə təyin edəcək və bu yol xəritəsi, adından da göründüyü kimi, tərəqqi və inkişafa yol açmalıdır”.
Ayhan Ağarzayev
17:53 05.02.2025
Oxunuş sayı: 645