DTX tərəfindən saxlanılan, terror barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitaliy Zabolotskiyin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Vitaliy Zabolotskiy DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
14:18 21.10.2025
Oxunuş sayı: 1319