Dünya Bankı Ermənistana maliyyə ayırdı
- Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Ermənistan üçün yeni beş illik tərəfdaşlıq çərçivəsini təsdiqləyib.
- Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bankın mətbuat xidməti proqramın məqsədinin yoxsulluğun azaldılması, iş yerlərinin yaradılması və davamlılığın təşviq edilməsi olduğunu bildirib.
- Məlumatda, Ermənistanda infrastruktur boşluqları, yerli və xarici investisiyaların aşağı səviyyəsi və yüksək işsizlik artım üçün əsas problemlər olaraq qaldığı qeyd olunur.
- “İş yerlərinin yaradılması, insan kapitalı və dayanıqlılığa diqqət yetirməklə, biz ermənilərin həyatını yaxşılaşdırmaq və ölkəyə gələcək problemlərin öhdəsindən gəlməkdə kömək etmək məqsədi daşıyırıq”, - Dünya Bankının Ermənistan üzrə direktoru Karolin Qeqinat bildirib.
- Bildirək ki, yeni strategiyanın həyata keçirilməsi Dünya Bankı Qrupunun təsisatları, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası arasında sıx əməkdaşlığı nəzərdə tutur.
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı növbəti beş il ərzində təxminən 1 milyard dollar, Beynəlxalq Maliyyə Korporasiyası isə 700 milyon dollara qədər maliyyələşdirməyi nəzərdə tutur.
- Nəzrin Salmanova
10:45 25.01.2025
Oxunuş sayı: 64538