HƏMAS yenidən minlərlə döyüşçü topladı
HƏMAS müharibə başlayandan 15.000-ə qədər döyüşçü cəlb edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinli silahlı qruplaşma HƏMAS İsraillə müharibə başlayandan bəri 10.000-15.000 arasında yeni üzv cəlb edib. Bu göstəricilər, İran tərəfindən dəstəklənən HƏMAS döyüşçülərinin İsrail üçün davamlı təhlükə yarada biləcəyini göstərir.
Məlumata görə, həmin müddətdə təxminən eyni sayda HƏMAS döyüşçüsü öldürülüb. Yanvarın 14-də ABŞ-nin sabiq prezidenti Cozef Baydenin Dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ HƏMAS-ın itirdiyi döyüşçülərin sayı qədər yeni üzv cəlb etdiyini hesab edir və bu vəziyyəti "uzunmüddətli üsyan və daimi müharibə üçün zəmin" adlandırıb.
HƏMAS və İsrail 15 ay davam edən və Qəzza zolağını viran qoyan, Yaxın Şərqdə gərginliyi artıran münaqişədən sonra bu güb atəşkəs elan ediblər.
Qeyd edək ki, Qəzzada ümumilikdə 20,000 silahlı şəxs həlak olub.
Fatimə Məmmədova
10:23 25.01.2025
Oxunuş sayı: 1876