Türkiyədə 3 mərtəbəli bina aşdı

Türkiyənin Konya şəhərində üçmərtəbəli bina aşıb. Bölgədə axtarış-xilasetmə işləri başlanıb. Crossmedia.az TRT Haber-ə istinadla bildirir ki, binada 3-4 nəfərin ola biləcəyi barədə məlumat əsasında axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin məlumatlara görə, dağıntı altında 5 nəfər olub.
Qeyd edək ki , Konya valisi İbrahim Akın hadisə yerində etdiyi açıqlamada, "Bütün səylərimiz, binanın altında olduğu bildirilən şəxslərin xilas edilməsinə yönəlib. İçəridən çıxan 2 nəfərdən aldığımız məlumatlara görə, içəridə ailələrindən 5 nəfərin olduğu bildirilir",- deyib.
Fatimə Məmmədova
01:24 25.01.2025
Oxunuş sayı: 3415