Rusiya ordusunun Şərq qruplaşması Ukrayna qüvvələrini mühasirəyə aldı

Rusiya ordusunun Şərq qruplaşmasının hücumçuları Ukraynanın Donetsk vilayətində yerləşən Velikaya Novoselka qəsəbəsini iki yerə bölərək Ukrayna ordusunun qüvvələrini bloklayıblar.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, hücum bölmələri qəsəbəni iki hissəyə bölməyə, Ukrayna silahlı birləşmələrini bloklamağa və onların məhv edilməsinə başlayıb.
Qeyd edək ki, Rusiya hərbçiləri qəsəbənin mərkəzində Ukraynadan geri alınmış binalardan birinin üzərində bayraq qaldırıblar.
Fatimə Məmmədova
20:29 24.01.2025
Oxunuş sayı: 4482