CROSSMEDIA - Televiziya oyunçusu terrorçular siyahısına daxil edildi
Xarici xəbərlər

Televiziya oyunçusu terrorçular siyahısına daxil edildi

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti “Nə? Harada? Nə zaman?" televiziya oyununun keçmiş iştirakçısı Rövşən Əsgərovu terrorçular və ekstremistlər siyahısına əlavə edib.

“RiaNovosti”nin məlumatına görə, buna səbəb onun SSRİ marşalı Jukov haqqında işlətdiyi ifadələr olub. 

Rövşən Əsgərova 2022-ci ildə SSRİ marşalı Georgi Jukov haqqında dediyi sözlərə görə "nasizmin reabilitasiyası" ittihamı ilə cinayət işi açılıb. Əsgərov bir paylaşımında Jukovu "təcrübəli oğru" və "forma geyinmiş qatil" adlandırmışdı.

Əsgərovla birlikdə ictimai xadim Leonid Qozman da eyni siyahıya daxil edilib. Qozman Rusiya ordusu haqqında "yalan məlumatlar" yaymaq ittihamı ilə 2024-cü ilin iyul ayında qiyabi olaraq 8,5 il müddətinə koloniyada cəza çəkməyə məhkum edilib. 

Həm Qozman, həm də Əsgərov Ukraynadakı müharibəyə qarşı çıxışları ilə tanınırlar. Hər ikisi Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına daxil edilib.

20:17 23.01.2025

Oxunuş sayı: 952

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR