Gündəm

Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 yanvar 2025-ci il tarixində Xızıda, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xızı və Siyəzən sakinlərini qəbul edib.

Bu barədə Crossmedia.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xızı və Siyəzən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

 

 

11:59 17.01.2025

Oxunuş sayı: 2068

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR