Gündəm

Hakan Fidan Bakıya səfər edəcək

Türkiyənin Xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək.

Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə arasında ümumi ticarət həcminin 15 milyard dollar olması hədəfinə çatmaq üçün atılacaq addımlar və bütün sahələrdə, xüsusilə mədəniyyət, turizm, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər və kənd təsərrüfatı da müzakirə ediləcək.

Ceyhun Bayramovun həmkarı Hakan Fidanla regional və qlobal məsələlər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynada baş verənlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

10:42 17.01.2025

Oxunuş sayı: 2242

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR