Hesablama Palatasına 14 milyon manatdan çox vəsait ayrılacaq
Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək.
Crossmedia.az xəbər verir ki, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur.
Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur.
Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 63 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 5 % çox və eynidir.
11:09 16.11.2026
Oxunuş sayı: 115