Əraqçı: ABŞ-nin regionda mövcudluğundan narahatıq, Ermənistana etibar edirik
İran ABŞ-nin Cənubi Qafqaz regionunda istənilən formada mövcudluğundan narahatdır, lakin Ermənistanın Tehranın təhlükəsizliyinə qarşı addım atmayacağına inanır.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
Əraqçının sözlərinə görə, Tehran Ermənistanla sıx əlaqələr saxlayır və bu ölkəyə etibar edir.
İran XİN rəhbəri vurğulayıb ki, İran tərəfi Ermənistanın ölkəsinin təhlükəsizliyinə qarşı yönələn hər hansı addıma yol verməyəcəyinə əmindir.
19:37 16.10.2026
Oxunuş sayı: 140