Ukrayna və Ermənistan parlamentlərarası əməkdaşlığı genişləndirir
Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk və Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, görüş Romada baş tutub.
Tərəflər ikitərəfli münasibətləri, Ukraynadakı vəziyyəti, eləcə də parlamentlərarası dialoqun ikitərəfli və çoxtərəfli formatlarda genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Ruslan Stefançukun sözlərinə görə, Ermənistan tərəfi Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib. Həmçinin dövlətlərin suverenliyinin və müstəqilliyinin qorunmasının vacibliyi vurğulanıb.
Ali Radanın sədri qeyd edib ki, Ukrayna da Ermənistanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlıdır.
19:12 16.10.2026
Oxunuş sayı: 74