Ukrayna dronlarının sürət üstünlüyü zəifləyib
ABŞ istehsalı olan Starshield hərbi peyk rabitə sisteminə tətbiq edilən sürət məhdudiyyəti Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarını çətinləşdirib və Rusiya hava hücumundan müdafiə qüvvələrinə onları aşkarlamaq və ələ keçirmək üçün daha çox vaxt qazandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
əşrin məlumatına görə, çərşənbə günü səhər Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən biri Kupyansk yaxınlığındakı Rusiya logistika obyektinə doğru hərəkət edən partlayıcı yüklü dronla əlaqəni itirib. Əlaqə bərpa olunduqda isə vaxt və batareya enerjisi itkisi səbəbindən pilotsuz aparat hədəfə çatmağa gecikib.
Sonradan Starshield sistemində sürət həddinin saatda 160 kilometr müəyyən edildiyi məlum olub.
Ukrayna hərbçilərindən biri bildirib ki, yeni məhdudiyyətlər əvvəl dronlara hədəflərə sürətlə çatmaq və zərbələr endirmək imkanı verən üstünlüyü azaldır.
Onun sözlərinə görə, bu dəyişikliklər Rusiya logistikasına və hərbi texnikasına qarşı hücumları çətinləşdirir, həmçinin əvvəllər icrası mümkün olan əməliyyatların uğursuzluqla nəticələnməsinə səbəb ola bilər.
18:55 16.10.2026
Oxunuş sayı: 77