Bilgəhdə avtomobil aşıb, iki nəfər ölüb
Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-də saat 01:35 radələrində Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77-XS-274 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verib. Nəticədə avtomobildəki sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BDYPİ son günlər sərxoş sürücülərin təqsiri üzündən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirib. İdarə sürücüləri əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından çəkinməyə çağırıb.
17:43 15.10.2026
Oxunuş sayı: 161