Məhkəmə Saleh Səmədova 8 il həbs cəzası verdi
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
Məhkəmə iclasında onun cinayət işi üzrə dəymiş ziyanı tam ödədiyi bildirilib.
Qeyd edək ki, Saleh Səmədov 2025-ci il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.
17:25 15.10.2026
Oxunuş sayı: 170