23 mindən çox insana yaşa görə pensiya təyin olundu
Bu ilin yanvar-avqust ayları ərzində 23 194 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Crossmedia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Onların 58,8 %-ni kişilər, 41,2 %-ni isə qadınlar təşkil edib.
11:42 17.09.2026
Oxunuş sayı: 54