Zakir Həsənov Çində işgüzar səfərdədir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.
Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Çinin milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
14:17 15.09.2026
Oxunuş sayı: 44