Rəsmi Bakı Kosta-Rika, El-Salvador və Qvatemalanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə XİN-in hesabında paylaşım edilib.
"Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!", - deyə pyalşımda bildirilib.
Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib:
"Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!"
Rəsmi Bakı həmçinin Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.
"Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!" , - deyə paylaşımda qeyd olunub.
11:36 15.09.2026
Oxunuş sayı: 48