Azərbaycan ADB ilə "yaşıl maliyyə"nin inkişafını müzakirə edib
Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında "yaşıl maliyyə"nin inkişafı müzakirə edilib.
Crossmedia.az-a bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin Direktorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə ölkədəki makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına AİB-in dəstək imkanları, o cümlədən "yaşıl maliyyə"nin və kapital bazarlarının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Bununla yanaşı, ADB-in Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək texniki yardım layihələri müzakirə olunub.
10:21 15.09.2026
Oxunuş sayı: 40