Sabiq baş nazir özü ilə bağlı ittihamları rədd etdi
Ukraynanın ABŞ-də keçmiş səfiri və Avropaya inteqrasiya məsələləri üzrə sabiq baş nazir müavini Olqa Stefanişina 13,9 milyon qrivna məbləğində qanunsuz varlanma ilə bağlı ittihamları rədd edib.
Crossmedia.az xəbər verir ki, “Radio Svoboda” bu barədə məlumat yayıb.
Stefanişina bildirib ki, rəfiqəsi Tatyana və ya başqa şəxslər vasitəsilə mənzil almayıb. O, ittihamda qeyd olunan daşınmaz əmlakın da ona məxsus olmadığını vurğulayıb.
Keçmiş səfir qeyd edib ki, nə özü, nə valideynləri, nə dostları, nə də həmkarları vasitəsilə hər hansı daşınmaz əmlak alıb.
15:55 13.09.2026
Oxunuş sayı: 53