Putinlə görüşdə mühüm mesaj- YENİ DİPLOMATİK ADDIMLAR
Birləşmiş Ərəb Əmirlikləri Rusiya, ABŞ və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu barədə məlumat verib.
Uşakovun sözlərinə görə, Əbu-Dabi vəliəhdi Vladimir Putinlə görüşdə BƏƏ-nin üçtərəfli danışıqların keçirilməsi üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib.
O bildirib ki, mümkün danışıqlarda yalnız ərazi məsələsi deyil, digər mövzular da müzakirə olunmalı və razılaşdırılmalıdır.
BƏƏ daha əvvəl də Rusiya, ABŞ və Ukrayna arasında danışıqlara ev sahibliyi edib. 2026-cı ilin yanvarında Əbu-Dabidə tərəflərin iştirakı ilə üçtərəfli görüşlər keçirilib.
13:31 13.09.2026
Oxunuş sayı: 48