BRICS ölkələri xəbərdarlıq sistemi yaradacaq
BRICS ölkələri yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və epidemiyalara operativ reaksiya verilməsi üçün inteqrasiya olunmuş erkən xəbərdarlıq sistemi yaradacaq.
Crossmedia.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi bu barədə BRICS sammitində çıxışı zamanı məlumat verib.
Modinin sözlərinə görə, BRICS çərçivəsində infeksion xəstəliklərin yayılması ilə bağlı məlumatların vaxtında paylaşılması və birgə tədbirlərin koordinasiyası üçün mexanizm hazırlanıb. Sistemin əsas məqsədi mümkün epidemiyaların erkən aşkarlanması, risklərin qiymətləndirilməsi və ölkələrin operativ reaksiyasının gücləndirilməsidir.
Qeyd edək ki, BRICS-in səhiyyə nazirlərinin iyulda keçirilən toplantısında da kütləvi yoluxucu xəstəliklərin qarşısının alınması və onlara cavab tədbirləri üzrə xüsusi işçi qrupunun yaradılması dəstəklənmişdi.
Yeni Delhi Bəyannaməsində isə yoluxucu xəstəliklər, zoonoz təhlükələr və digər ictimai səhiyyə böhranlarının sərhədləri aşdığı vurğulanaraq, müşahidə, erkən xəbərdarlıq, məlumat mübadiləsi və koordinasiyalı cavab imkanlarının gücləndirilməsi nəzərdə tutulub.
13:10 13.09.2026
Oxunuş sayı: 52