Putin: BRICS-ə dünyada MARAQ GÜCLƏNİR
Rusiya Prezidenti Vladimir Putin dünyada BRİCS-in fəaliyyətinə diqqətin artdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Putin qeyd edib ki, BRİCS-in əsas dəyərləri və prinsipləri ölkələr üçün cəlbedicidir. O, təşkilatın bütün dövlətlərin sosial və iqtisadi inkişaf üçün bərabər və məhdudiyyətsiz imkanlara malik olmasını müdafiə etdiyini deyib.
Rusiya liderinin sözlərinə görə, BRİCS daha ədalətli və çoxqütblü dünya nizamının formalaşmasında fəal iştirak edir.
Putin həmçinin bildirib ki, BRİCS ölkələrinin iqtisadiyyatlarının bir-birini tamamlaması təşkilatın inkişafı üçün əsas resurslardan biridir.
O əlavə edib ki, BRİCS ölkələrində əhalinin artım tempi ildən-ilə yüksəlir.
13:06 13.09.2026
Oxunuş sayı: 56