BRICS sammitinin son günü başlayıb
BRICS liderləri Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən sammitin ikinci və son gününün iclaslarına başlayıblar.
Crossmedia.az xəbər verir ki, BRICS sammitində liderlər əvvəlki gün qrupun bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilən Yeni Dehli Bəyannaməsinin ardınca müzakirələri davam etdirirlər.
Genişlənmiş BRICS formatına 11 üzv ölkə və 10 tərəfdaş ölkə daxildir. Sammitin son günündə liderlərin “Əhatəli qlobal inkişaf üçün gələcəyin formalaşdırılması” mövzusunda açıq sessiyada iştirak etməsi nəzərdə tutulub.
Müzakirələrdə qlobal iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatında rolunun gücləndirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olacağı bildirilir.
12:39 13.09.2026
Oxunuş sayı: 52