Nazirdən direktorlara XƏBƏRDARLIQ - Kimisə işləməyə məcbur etmirik
Əgər hansısa direktor iş yükündən narazıdırsa, bilməlidir ki, onları məktəb direktoru işləməyə məcbur etmirik
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, məktəb direktoru vəzifəsini qəbul edən şəxs bu işin məsuliyyətini də üzərinə götürməlidir:
"Biz kimisə məktəb direktoru işləməyə məcbur etməmişik. Onlar bu peşəni könüllü seçib. Mən məktəb direktorlarını anlayıram. 2500 şagirdi olan bir məktəbin direktoru olmaq, təxminən 2000 uşağın, yəni 2000 ailənin gəldiyi bir məktəbin rəhbəri olmaq heç də asan iş deyil. Bu, birmənalı olaraq çətin işdir. Amma siz bu işi görməyə qərar vermisinizsə.
Şikayət etməyin bir mənası yoxdur. Kömək istəyə bilərsiniz, dəstək istəyə bilərsiniz, birlikdə işləyə bilərik. İstəyərdim ki, burada əyləşən rəhbər şəxslər bu məsələyə çox ciddi yanaşsınlar".(report)
12:43 11.09.2026
Oxunuş sayı: 55