"Bavariya"nın 13 illik seriyası davam edir
Almaniyanın "Bavariya" komandası UEFA Çempionlar Liqasında uğurlu seriyasını davam etdirir.
Crossmedia.az xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas (qrup) mərhələsində keçirdiyi son 39 ev oyununda məğlub olmayıb.
Komanda bu qarşılaşmaların 37-də qələbə qazanıb, 2 matçda isə heç-heçə edib. "Bavariya" 13 ildir davam edən seriyasını qoruyur.
Almaniya təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin "Budyo-Qlimt" komandasını 5:0 hesabı ilə məğlub edib.
11:14 11.09.2026
Oxunuş sayı: 64