Qroznı-Bakı birbaşa reysləri olmayacaq: Aeroport səbəbi açıqladı
Qroznı-Bakı marşrutu üzrə birbaşa aviareyslərin oktyabrın sonundan etibarən bərpası planlaşdırılmır.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bu barədə məlumat yayıb.
Bildirilib ki, hazırda hava limanının qış mövsümü üçün təsdiqlənmiş uçuş cədvəlində Qroznı-Bakı istiqaməti üzrə birbaşa reyslər nəzərdə tutulmayıb.
Qeyd edək ki, daha əvvəl Qroznı Beynəlxalq Aeroportu “Utair” aviaşirkətinin oktyabrın 27-dən Qroznı-Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşları bərpa edəcəyini açıqlamışdı.
12:54 10.09.2026
Oxunuş sayı: 53