Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Crossmedia.az xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
12:53
Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə (154 nəfər)köçürülü.
13:23 10.09.2026
Oxunuş sayı: 226