Elektron arayışlara maraq kəskin artıb
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 146 191 elektron arayış alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu arayışların 68 052-si pensiya, 34 251-i müavinət və təqaüd, 29 948-i fərdi şəxsi hesab, 5 158-i ünvanlı dövlət sosial yardımı, 1 492-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 713-ü sağlamlıq imkanları məhdud olan uşaqlar, 5 577-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.
10:47 09.09.2026
Oxunuş sayı: 45