Finlandiyadan Rusiya sərhədində yeni addım
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda sərhəd maneəsinin tikintisini başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Layihənin ümumi dəyəri 365 milyon avro təşkil edib. Finlandiya Sərhəd Mühafizə Xidmətinin məlumatına görə, tikinti işləri iki il davam edib.
Layihə çərçivəsində hündürlüyü 4,5 metr olan divarlar inşa edilib, yol şəbəkəsi salınıb və videomüşahidə sistemləri quraşdırılıb.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen daha əvvəl bildirmişdi ki, 200 kilometrlik maneənin tikintisi başa çatdıqdan sonra Rusiya sərhədində hasarın əlavə hissələri də inşa edilə bilər.
Maneə Finlandiyanın Rusiya ilə 1300 kilometrdən çox olan sərhədinin ayrı-ayrı hissələrində inşa edilib.
23:36 07.09.2026
Oxunuş sayı: 45