“Novaya qazeta” Rusiyada “xarici agent” reyestrinə daxil edilib
Rusiya Ədliyyə Nazirliyi “Novaya qazeta” internet nəşrini xarici agentlər reyestrinə daxil edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik nəşri Rusiya hakimiyyətinin fəaliyyəti barədə etibarsız məlumatlar yaymaqda və Ukraynadakı hərbi əməliyyata qarşı çıxmaqda ittiham edib.
Reyestrə, həmçinin şair Sergey Leybqrad, yazıçı və jurnalist Feliks Sandalov, aktrisa Tatyana Tatarinova və “İstoriçeskaya ekspertiza” jurnalı daxil edilib.
Qeyd edək ki, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov 2023-cü ilin sentyabrında xarici agent kimi tanınıb. Nəşrin Rusiyadakı lisenziyası isə 2022-ci ildə ləğv edilib.
19:40 04.09.2026
Oxunuş sayı: 51