Pavel: Rusiya Ukraynada uğur qazanmır
Rusiya Ukraynada ərazi itkiləri və ağır canlı qüvvə itkisi hesabına irəliləyir, lakin bu, uğur kimi qiymətləndirilə bilməz.
Crossmedia.az xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel bu barədə açıqlama verib.
Pavelin sözlərinə görə, Rusiya hər 1 kvadratkilometr ərazi ələ keçirmək üçün 1 000-dən çox hərbçi itirir.
Çexiya Prezidenti bildirib ki, Rusiyanın itkilərinin tempi orduya yeni hərbçilərin cəlb olunması tempini üstələyir. Onun sözlərinə görə, son bir il ərzində Rusiya Ukrayna ərazisinin 0,4 faizindən az hissəsini ələ keçirib. Pavel Rusiyanın Ukraynada uğur qazandığı barədə Rusiya təbliğatının iddialarını rədd edərək, əldə olunan nəticənin “uğur” olmadığını bildirib.
14:17 04.09.2026
Oxunuş sayı: 50