Türkiyədə tanker qəzasında 9 dənizçi saxlanılıb
Türkiyənin Mərmərə dənizində “Alsu” tankerinin Tugberk İmamoğlu quru yük gəmisi ilə toqquşmasından sonra tankerin 10 heyət üzvündən 9-u saxlanılıb və şübhəli şəxs qismində dindirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝A Haber˝ məlumat yayıb.
Məlumata görə, artıq 6 dənizçi prokurorluğa aparılıb. Saxlanılmayan yeganə heyət üzvünün aşpaz olduğu bildirilib. Şübhəlilərin hamısının alkoqol testi mənfi nəticə verib.
Toqquşmadan sonra 10 nəfərlik heyəti ilə birlikdə quru yük gəmisindən xəbər kəsilib. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Ekspertlər qəzanın səbəblərini araşdırırlar.
“Alsu” tankerinin heyətinin vəkili bildirib ki, toqquşmada mütləq tankerin günahkar olması qənaətinə gəlmək olmaz. Onun sözlərinə görə, radiodan aparılan danışıqlardan sonra “Alsu” kursunu dəyişib, lakin quru yük gəmisi uzaqlaşmaq əvəzinə tankerə yaxınlaşmağa başlayıb.
21:15 03.09.2026
Oxunuş sayı: 44