ABŞ İraqda qalmaq üçün yeni yol tapıb
ABŞ beynəlxalq koalisiya qüvvələrinin sentyabrın 30-da İraqdan rəsmi çıxarılmasından sonra ölkədə hərbi məsləhətçi və təlimçi formatında hərbi mövcudluğunu saxlamağı təklif edib.
Crossmedia.az xəbər verir ki, “Al Akhbar”ın məlumatına görə, bu barədə siyasi dairələrdəki məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, ABŞ-nin bu təklifi İraqın baş naziri əl-Zaidini çətin vəziyyətə salıb. Baş nazir vəzifəyə gəldikdən sonra milli ordunun yenidən silahlandırılması məsələsini fəal şəkildə gündəmə gətirib və xarici qoşunların çıxarılması ilə paralel olaraq vəziyyətin tənzimlənməsi üçün mexanizmlər təklif edib.
Mənbə qeyd edib ki, regionda hərbi vəziyyətin daha da gərginləşməsi Bağdadı ölkədəki silahlı qruplara münasibətini yenidən nəzərdən keçirməyə məcbur edə bilər.
Nəşr vurğulayır ki, eskalasiyanın nəticələri bütün Yaxın Şərqə, xüsusilə də ciddi iqtisadi böhran və xarici təzyiqlərlə üzləşən neft ixracatçısı İraqa təsir edə bilər.
19:40 03.09.2026
Oxunuş sayı: 40