İsrail XİN başçısından Britaniyaya sərt xəbərdarlıq
İsrailin xarici işlər naziri Gideon Saar Britaniyanın İsrailə qarşı hər hansı tədbir görəcəyi təqdirdə ölkəsinin cavab verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Saar bu barədə Britaniyanın İsrailin İordan çayının qərb sahilindəki məskunlaşma siyasətinə qarşı yeni tədbirlər hazırladığı bir vaxtda danışıb.
“Britaniya İsrail dövlətinə qarşı tədbir görərsə, İsrail dövləti də Britaniyaya qarşı tədbir görəcək”, - deyə Saar bildirib.
O, İsrailə qarşı tədbirlər görülməsinə cavab verilməyən dövrün başa çatdığını vurğulayıb.
“Əgər onlar hərəkətə keçsələr, məncə, böyük səhvə yol verəcəklər”, - İsrailin xarici işlər naziri deyib.
Britaniyanın xarici işlər naziri Ed Miliband isə parlamentdə İsrailin İordan çayının qərb sahilindəki məskunlaşma siyasətinə qarşı yaxın həftələrdə geniş tədbirlər açıqlayacaqlarını bildirib.
Miliband xüsusilə E1 məskunlaşma layihəsini tənqid edib və onun Fələstin dövlətinin yaradılması perspektivini təhlükə altına aldığını deyib.
12:36 03.09.2026
Oxunuş sayı: 44