Rusiya Almaniyaya açıq xəbərdarlıq edib
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın müvəqqəti işlər vəkilinə Leypsiq insidenti ilə bağlı Berlinin Moskvaya ünvanladığı ittihamların qəti şəkildə rədd edildiyini bildirib.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Nazirliyin açıqlamasında Almaniyanın anti-Rusiya addımlarının sərt cavab alacağı qeyd olunub. Rusiya Berlinin ikitərəfli münasibətlərdə gərginliyi artırmaq məqsədilə şüurlu şəkildə təxribat yolunu seçdiyini iddia edib.
Moskva, həmçinin Bonndakı Rusiya Baş Konsulluğunun və Berlindəki Rus Evinin bağlanması qərarının Rusiya-Almaniya münasibətlərinin tamamilə dağılmasına doğru addım olduğunu vurğulayıb.
18:15 02.09.2026
Oxunuş sayı: 40