Rusiya Ukraynada PUA idarəetmə məntəqəsinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Sumı vilayətinin Streletskaya Puşkarка yaşayış məntəqəsində yerləşən Ukrayna hərbi birləşməsinin idarəetmə məntəqəsinə X-39 raketi ilə zərbə endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi Ukraynanın 16-cı ərazi müdafiə briqadasının idarəetmə məntəqəsi olub. Rusiya tərəfi hədəfin məhv edildiyini iddia edib.
Rusiya Müdafiə Nazirliyi hücumla bağlı digər təfərrüatları açıqlamayıb. Streletskaya Puşkarка Sumı vilayətində yerləşir.
Qeyd edək ki, sentyabrın 2-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələri üzərində 130 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini də açıqlayıb.
17:56 02.09.2026
Oxunuş sayı: 42