Çin liderinin qəfil gedişi diqqət çəkdi
Çin lideri Si Cinpin Bişkekdə keçirilən ŞƏT+ sammitinin iclasını çıxışından sonra vaxtından əvvəl tərk edib.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə məlumat yayıb.
Si Cinpin “ŞƏT+” formatında keçirilən görüşdə çıxış etdikdən sonra iştirakçılarla sağollaşaraq zalı tərk edib. Həmin vaxt çıxış növbəsi Özbəkistan prezidentində olub.
Çin liderinin iclası vaxtından əvvəl tərk etməsinin rəsmi səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, Si Cinpin daha əvvəl VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimində də iştirak etməyib. Onun tədbirdə olmaması Çin və Nepal sərhədində baş vermiş genişmiqyaslı daşqının nəticələrinin aradan qaldırılması işlərini koordinasiya etmək zərurəti ilə əlaqələndirilmişdi.
11:29 02.09.2026
Oxunuş sayı: 91