Kiyev vilayətində sex vurulub
Kiyev vilayətinin Xotovo qəsəbəsində ekipajsız katerlərin yığılması, əlavə avadanlıqla təchiz edilməsi və saxlanması üçün istifadə olunan sexə zərbə endirilib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Məlumata görə, Borispol şəhərində Ukrayna Silahlı Qüvvələrini yanacaq-sürtkü materialları ilə təmin edən neft bazasına da zərbə endirilib.
Zərbələrin nəticələri və obyektlərə dəyən zərərin həcmi barədə əlavə məlumat verilməyib.
10:51 01.09.2026
Oxunuş sayı: 46