Ukraynalı deputat Fedorova sərt sual verib
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko keçmiş müdafiə naziri Mixail Fedorovun dövlət sirrinə çıxışı olduğu halda ölkədən necə gedə bildiyini sual edib.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Qonçarenko istehza ilə Təəssüf ki, yaddaşdan dövlət sirrini silmək funksiyası yoxdur deyərək Fedorovun xaricə çıxış üçün sərt prosedurdan necə keçdiyini soruşub.
Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Quido Krozettonun müşaviri olduğunu açıqlayıb.
19:30 29.08.2026
Oxunuş sayı: 62