İsrail ordusu Livanın cənubunda evləri yandırıb
Atəşkəs rejiminə baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı bir sıra yaşayış məntəqələrində evləri yandırdığı və partlayışlar törətdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Livanın Milli Xəbər Agentliyi (NNA) bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Ən-Nəbatiyyə əyalətinin Beyt-Yahun yaşayış məntəqəsində bir neçə yaşayış evini yandırıb.
Bundan başqa, səhər saatlarında eyni əyalətin Ayta əş-Şaab yaşayış məntəqəsinin kənarında iki partlayış törədildiyi bildirilib.
Hadisələrin atəşkəs rejiminə baxmayaraq baş verdiyi qeyd olunur.
15:49 29.08.2026
Oxunuş sayı: 52