Tərtərdə 63 yaşlı kişi kanalda boğulub
Tərtərdə 63 yaşlı kişi kanalda boğularaq ölüb.
Crossmedia.az xəbər verir ki, Cəmilli kənd sakini 1963-cü il təvəllüdlü Ağa Yapon oğlu Məmmədov Ağkənd kəndinin ərazisində su doldurarkən kanala düşərək boğulub.
A.Məmmədovun meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
10:27 29.08.2026
Oxunuş sayı: 56