ABŞ məhkəməsi Anthropic qərarını qanunsuz saydı
ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının süni intellekt şirkəti Anthropic-i “təhlükəsizlik riski” elan etməsini qanunsuz hesab edib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Kaliforniyanın Şimal Dairəsi üzrə hakim Rita Lin hökumətin şirkətin süni intellekt texnologiyalarının istifadəsi ilə bağlı mövqeyinə görə Anthropic-ə qarşı cavab tədbirləri görməsini qanunsuz sayıb.
Hakim qərarında milli təhlükəsizliklə bağlı əsassız istinadların hökumətə onu tənqid edən şəxsləri cəzalandırmaq və onlara qarşı cavab tədbirləri görmək hüququ vermədiyini bildirib.
Anthropic isə məhkəmənin qərarını şərh edərkən şirkətin əsas məqsədinin bütün amerikalıların süni intellekt texnologiyasının imkanlarından faydalanmasını təmin etmək və bu texnologiyadan milli təhlükəsizlik maraqları naminə istifadəni dəstəkləmək olduğunu açıqlayıb.
13:19 28.08.2026
Oxunuş sayı: 52