Qalibaf Çinin İrana qarşı sanksiyalarla bağlı mövqeyini alqışlayıb
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Çinin İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı mövqeyini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Qalibaf Çinin İrana qarşı “qanunsuz sanksiyaları” rədd edən prinsipial bəyanatını alqışladığını bildirib.
“İran və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa və çoxqütblü dünya ilə bağlı ortaq baxışa əsaslanır. Bu münasibətlərin heç kimin icazəsinə ehtiyacı yoxdur”, - deyə o vurğulayıb.
10:37 27.08.2026
Oxunuş sayı: 47