Çin: ABŞ-nin İrana qarşı sanksiyaları gərginliyi daha da artıracaq
Çin ABŞ-nin İrana qarşı birtərəfli sanksiyalarını pisləyərək bu siyasətin regionda gərginliyin artmasına səbəb olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı “maksimum təzyiq” siyasətinə qarşı olduğunu açıqlayıb.
Çin tərəfi iqtisadi sanksiyaların Tehranla bağlı problemlərin həlli olmadığını və bunun yalnız gərginliyin eskalasiyası, eləcə də münaqişənin yayılması riskini artıracağını vurğulayıb.
Çin diplomatiyasının nümayəndəsi bildirib ki, əsas səylər gərginliyin azaldılmasına, İran və ABŞ-nin mümkün qədər tez dialoq və danışıqlar yoluna qayıtmasına yönəldilməlidir.
13:36 25.08.2026
Oxunuş sayı: 48