İsveçdə məktəbdə pala ilə silahlanan şəxs iki yeniyetməni yaralayıb
İsveçin Fagersta şəhərində məktəbdə pala ilə silahlanan şəxsin hücumu nəticəsində iki yeniyetmə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.
Hücum zamanı daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Şübhəli şəxs saxlanılıb.
İlkin məlumata görə, polis şübhəlinin ayağından yaralayıb. Hadisənin digər detalları araşdırılır.
11:34 22.08.2026
Oxunuş sayı: 52