Rusiya MN Ukrayna limanlarında yük gəmiləri vurulduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində Rusiya Silahlı Qüvvələri Odessa limanında Ukrayna Silahlı Qüvvələri üçün silah və sursat gətirən quru yük gəmisini vurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirlik həmçinin bildirib ki, Nikolayev limanında Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün hərbi təyinatlı yüklər daşıyan digər quru yük gəmisi də vurulub.
Açıqlamada zərbələrin nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
19:38 17.08.2026
Oxunuş sayı: 56