CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: analitik mərkəzlər

21:44 27.10.2026

Azərbaycan-Aİ beyin mərkəzlərinin ilk Forumu Brüsseldə baş tutub

67

Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Belçikanın Egmont Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun (Royal Institute for International Relations) birgə təşkilatçılığı ilə Azərbaycan-Avropa İttifaqı Beyin Mərkəzlərinin I Forumu keçirilib. Crossmedia.az xəbər verir ki, "Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər" mövzusuna həsr olunan forumda Egmont Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun baş elmi əməkdaşı Bernard Siman açılış nitqi ilə çıxış edərək beyin mərkəzlərinin yeni ideyaların formalaşdırılması, strateji yanaşmaların inkişaf etdirilməsi və gələcək tendensiyaların proqnozlaşdırılmasındakı mühüm rolunu vurğulayıb. Beynəlxalq münasibətlərdə baş verən son proseslərə toxunan Bernard Siman Ukraynada müharibənin davam etdiyi şəraitdə Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya uzanan alternativ ticarət marşrutlarının əhəmiyyətini xüsusi qeyd edib. Onun fikrincə, Avropa İttifaqı ilə Azərbaycanın qarşısında duran əsas vəzifə dəyişən geosiyasi və geoiqtisadi şəraitin yaratdığı imkanlardan səmərəli istifadə edərək əməkdaşlığı konkret istiqamətlər üzrə inkişaf etdirmək, mövcud fikir ayrılıqlarını konstruktiv dialoq yolu ilə idarə etmək, eyni zamanda, digər güc mərkəzlərinin rəqabət aparan maraqlarından qaynaqlanan geosiyasi dinamikanı düzgün qiymətləndirməkdir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR